"Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropa üçün enerji idxalının daha da şaxələndirilməsinin prioritetləşməsi fonunda bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərəcək. Eyni zamanda, artıq Avropanın 7 ölkəsinə mavi qaz nəq edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib".
QHT.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır: "2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var".
Pərvanə Fərhadqızı












