“Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda konfrans keçirilir.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin müavini Sevinc Fətəliyeva, Regional İnkişaf İctimai Birliyi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin layihe koordinatoru Şəhla Talıbzadə, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İqtisadiyyat Nazirliyi, Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, IDEA İctimai Birliyinin Layihələrlə iş üzrə şöbəsinin müdiri Zərxanım Ağayevanın çıxışı nəzərdə tutulur.