Dyson ABŞ bazarında ultra nazik PencilVac dik tozsoranını təqdim edib. Cihaz ötən ilin əvvəlində ilk dəfə nümayiş olunmuşdu.

QHT.az xəbər verir ki, 600 dollar dəyərində olan model silindr formalı, nazik gövdəyə malikdir və təxminən 1,8 kiloqram çəkir. Qurğuda kompakt elektrik mühərriki, çıxarıla bilən batareya və maqnit doldurma sistemi yer alır. Bir saata qədər işləmə imkanı verən tozsoran LCD displey və MyDyson tətbiqi vasitəsilə idarə olunur.

 

R.İmanov