Dünya üzrə 500 mindən çox şikayət qeydə alınıb.
QHT.az xəbər verir ki, dünən gecə YouTube, Gmail və digər Google xidmətlərində, eləcə də Cloudflare və Amazon Web Services platformalarında ciddi fasilə yaranıb. Dünyada, o cümlədən Ukraynada 500 mindən çox istifadəçi giriş problemləri ilə üzləşib. Məlumata görə, YouTube-un tövsiyə sistemi sıradan çıxıb, nəticədə ana səhifə və tövsiyələr bölməsi boş görünüb. Problem həm mobil tətbiqdə, həm də masaüstü versiyada müşahidə edilib. Kəsinti təxminən 3–4 saat davam edib və pik hədd səhər saat 03:30 radələrində qeydə alınıb.
Hazırda xidmətlərin fəaliyyəti əsasən bərpa olunsa da, bəzi istifadəçilər fasilələrlə üzləşməyə davam edir.
Bundan əlavə, Rusiya 1 apreldən etibarən Telegram tətbiqini tam bloklamağı planlaşdırdığını açıqlayıb. Bloklamanın mobil və stasionar şəbəkələri əhatə edəcəyi bildirilir.
R.İmanov






