“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək” layihəsini həyata keçirir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Böyük Qayıdış proqramı ilə doğma yurdlarına dönmüş və  doğma yurdlarına dönməyə hazırlaşan sakinlərin mövcud sosial müdafiə mexanizmlərindən istifadə etməklə xüsusilə qadınların  fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə dəstək göstərilməsi üzrə maarifləndirmə işlərinin aparılması  təşkl edir.

Layihə çərçivəsində avqust ayında Cəbrayıl rayonundq (Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələri), Füzuli rayonu (Yeni salınmış Füzuli şəhəri)  və Ağdam rayonunda  məcburi köçkünlər üçün salınmış  qəsəbədə  seminarlar təşkil olunacaqdır. Seminarlar doğma yurdlarına dönməyə hazırlaşan qadınlar  arasında əməkdaşlıq əlaqələrinin  qurulması və müsbət təcrübənin təşviq olunması nəticəsində  kiçik sahibkarlıqla məşğul olanlara dəstək olmaqla öz kiçik bizneslərini qurmaq və  inkişaf etdirmək istiqamətində aparılcaqdır . Təcrübəli təlimçi tərəfindən  Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı imkanları, fiskal güzəştlər, vergi güzəştləri, güzəştli maliyyə alətlərinə çıxış, risklərin minimallaşdırılması, əməkhaqqının birgə maliyyələşdirilməsi yolu ilə yeni bizneslərin dəstəklənməsi, özünüməşğulluq proqramına müraciət qaydaları, müraciətin və prosesin online izlənilməsi imkanları, şərtlər, mövcud  biznes paketlər, mexanizmin təkmilləşdirilməsi məqsədi ilə edilən son dəyişiklər istiqamətində təqdimatlar ediləcək, müzakirələr təşkil olunacaqdır