Diyarbəkirdə "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələdə 7 bina dağılıb. Bu binalardan ikisində 3 vəkilin meyiti tapılıb.
QHT.az xəbər verir ki, episentri Kahramanmaraş olan zəlzələlərin 10-cu günündə Diyarbəkirdə 2 nöqtədə dağıntı işləri fasiləsiz olaraq davam edir.
Əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələdə Diyarbakır Vəkillər Kollegiyasına qeydiyyatda olan 3 vəkil həyatını itirdi.
Diyarbakır Vəkillər Kollegiyası sosial media hesabında paylaşım edib.
“Vəkil həmkarlarımız, vəkil Serhan Özdemir, vəkil Baver Karakoyun və stajyer vəkil Yusuf Can Bayancukun itkisindən dərin kədərləndik.
Həmkarlarımıza Allahdan rəhmət, kədərli yaxınlarına və hüquq ictimaiyyətinə başsağlığı diləyirik.
Serhan Özdemir vəfat edərkən Diyar Galeria İş Mərkəzində Av. Baver Karakoyun və stajyer vəkil Yusuf Can Bayancukun Bağlar rayonundakı Müəssisələr qovşağında yerləşən Serin-2 Mənzilində həyatını itirdiyi öyrənilib.












