ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Cielo Vista ticarət mərkəzində atışma baş verib. Hadisə yerinə çoxlu sayda polis və ilk yardım qrupları göndərilib.
Səlahiyyətlilər hücumda 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib. El Paso polis rəisi Peter Pacillas hadisə ilə bağlı iki nəfərin saxlanıldığını və ticarət mərkəzinin təhlükəsizlik səbəbilə bağlandığını bildirib.
Ötən çərşənbə axşamı ABŞ-ın Miçiqan Universitetində baş verən silahlı hücumda isə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.












