Oktyabrın 5-də 7 saylı tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevin moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə keçirilib.

 Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova şagirdlər arasında aparılan maarifləndirmə işlərinin onların gələcək həyatlarında oynadığı müsbət yönümlü dəyişikliklərə səbəb olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aslan Sultanov deyib ki, müxtəlif dinlərin nümayəndələrinə qarşı dözümsüzlük, eyni zamanda konfessiyalararası qarşıdurma mahiyyətcə dini ekstremizmə yol açan amillərdəndir. Dini ekstremizmin tətbiqi əsasən dini ekstremist təşkilat vasitəsilə həyata keçirilir. Dini ekstremistlər milli-dini dəyərlərə hörmətlə yanaşmır, bu dəyərləri məhv etməyə, gözdən salmağa çalışırlar. Onların fəaliyyətində zorakılıq metodu üstünlük təşkil edir: «Ekstremizm sosial-siyasi, dini və digər hədəflərə ifrat mübarizə metodları ilə çatmaq vasitəsidir. Bu baxımdan bir məsələnin həlli zamanı barışmazlıq, ifrat yanaşma, zorakı tədbirlərin tətbiqidir. Ekstremizm cəmiyyətdə qəbul edilmiş hüquqi və etik normalara uyğun gəlmir».

Aslan Sultanov qeyd edib ki, müxtəlif dinlərin nümayəndələrinə qarşı dözümsüzlük, eyni zamanda konfessiyalararası qarşıdurma mahiyyətcə dini ekstremizmdir: “Dini ekstremizmin tətbiqi əsasən dini ekstremist təşkilat vasitəsilə həyata keçirilir. Dini ekstremistlər milli-dini dəyərlərə hörmətlə yanaşmır, bu dəyərləri məhv etməyə, gözdən salmağa çalışırlar. Onların fəaliyyətində zorakılıq metodu üstünlük təşkil edir. Dini ekstremizmə yuvarlanmış gənclər milli və bəşəri dəyərlərdən imtina edir, beləliklə, onların fəaliyyəti dağıdıcı xarakter alır. Belə gənclər təhsildən də uzaqlaşır və nəticədə özünü mənəvi cəhətdən təkmilləşdirə bilmədiyindən cəmiyyət inkişafına mane olan elementlərə çevrilirlər. Məsələyə bu baxımdan yanaşaraq qeyd etməliyik ki, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin mühüm rolu vardır.  İnsanlar təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Təhsil insanın həyat yolunu nurlandıran, ona ən çətin məqamlarda yollar tapmağın sirlərini açan vasitədir. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır”.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon Gənclər və İdman  sektorunun nümayəndəsi də çıxış edib.

Sonra şagirdlərin sualları cavablandırılıb. Bütün tədbir iştirakçılarına sertifikatlar, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” adlı kitabçalar paylanılıb.
Sevinc