Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
QHT. az Oxu.Az-a istinadən məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 21 ailə (88 nəfər) Füzuli şəhərinə yola salınıb.
Xatırladaq ki, Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.










