Mayor Malik Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 13-də qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan Malik Təvəkkül oğlu Əliyev 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2004-2008-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alıb. 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsində Komendant bölüyünün komandiri, 2015-ci ildən isə Horadiz Sərhəd Dəstəsinin Komendantlığında Qərargah rəisi vəzifəsində xidmət edib.

Malik Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı