BMT-nin İnkişaf Proqramının administratorunun köməkçisi, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Büronun direktorunun müavini Nik Rene Hartman Bakıda rəsmi səfərdədir.

QHT.az xəbər verir ki, missiya ərzində cənab Hartman Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) və Azərbaycanda keçiriləcək COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə bir sıra rəsmi görüşlər keçirib. O, COP29 Sədrliyinin inzibati binasına gələrək xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ilə görüşüb. Görüşdə BMTİP-nin COP29 hazırlıqları prosesinə göstərdiyi texniki dəstəyin parametrləri ətraflı müzakirə edilib.