“Bu il Azərbaycanda yüksək səviyyədə beynəlxalq COP29 tədbiri keçiriləcək. Cəmiyyətimizin bütün sektorları bu tədbirə hazır olmalı və töhfə verməlidirlər. Bu baxımdan QHT –lər də bu istiqamətdə öz bilik və bacarıqlarını artırmaqla həmin beynəlxalq tədbirə hazırlanmalıdırlar. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ADA universitetində 100-ə yaxın QHT nümayəndəsi üçün təlim keçirildi. Kifayət qədər COP29-la bağlı məqamlara toxunuldu. Texniki baxımdan yüksəs səviyyədə təşkil olunub".

Bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib. QHT sədri hesab edir ki, QHT –lər biliklərini yeniləmək və artırmaqla noyabr ayına kimi bu sahəyə- müxtəlif layihələrin icrasında, müxtəlif tədbirlərin təşkilində öz töhfələrini verəcəklər.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə QHT-lər üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlimin rəsmi açılış mərasimi keçirilib.

 

Pərvanə Fərhadqızı