“Türk xalqların mədəniyyətinin öyrənilməsinə və təbliğinə, Türk dünyasının görkəmli ictimai-siyasi, elm, ədəbiyyat və mədəniyyət xadimlərinin tanıdılmasına kömək etmək, Azərbaycanın Türk dünyasının birliyində yeri və rolunun tədqiqi məsəslələri, Türk xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə vermək  təşkilatımızın əsas məqsədləridir”.

Bu fikri “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu sahədə xeyli sayda uğurlu layihələr hazırlayıb icra edilib və nəticə etibarilə yaxşı təcrübə toplayıblar. Bütün ictimai məsələlərə münasibətdə dövlətçi, vətənçi, milli mövqedən çıxış etmək fəaliyyətlərinin əsas generatoru, altyapısıdır: “Bizim nailiyyətlərimiz nəticə baxımından qalıcı layihələr hazırlamağımız, yaxşı təcrübə, Türk dünyası ölkələrindəki uyğunprofilli QHT-lərlə etibarlı əlaqələr yaratmaq olub. İndiyədək 13 layihə çərçivəsində müxtəlif aktual mövzularda bir-neçə dildə 13 adda kitablar nəşr edib xarici və ölkəmizin kitabxanalarına, ziyalılara, elm adamlarına yazarlara, yeni nəslin nümayəndələrinə hədiyyə etmişik. Türk dünyasının ortaq maraqları məsələsinə dair layihələrdə dost QHT-lərin nümayəndələri könüllü olaraq iştirak edir, bir-birinə ictimai dəstək verirlər”.

Qeyd edək ki, xalqlarımızın həmrəyliyinə, ortaq maraqlarına, dil, mədəniyyət birliyinə bağlı  müəyyən hədəfləri var. Təşkilat milli-mədəni yönümlü olduğuna görə, daha çox bu sferada çalışmalara üstünlük verir. Bunları da zamanında yeni layihələrlə gerçəkləşdirməyi düşünür.

 

Pərvanə Fərhadqızı