Vidadi Məmmədov 1996-ci il mayın 6-da Zaqatala rayonunun Muxax kəndində anadan olub.
2002-2011-ci illərdə A.Bubuşov adına 1 saylı Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Vidadi Məmmədov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vidadi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vidadi Məmmədov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlar ına əsasən Vidadi Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsi uğrunda” medalı ilə təltif edildi.






