Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2020-ci il oktyabrın 13-də vəfat edib.2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-ci ildə oranı bitirib. 2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb.2015-ci ildə xidmətini başa vurub.2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü şəkildə qatılıb. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Niftalı Mehdili ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalalrı ilə təltif edilib.