Müqəddəs Qədirov Nail oğlu 1992-ci il 14 may tarixində Xaçmaz rayon Dədəli kəndində anadan olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. 2017-ci ildə müddətdən artıq xidmət etmək üçün müraciət etmiş və qəbul olmuşdur.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Müqəddəs Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə olub. Müqəddəs Qədirov oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamların əsasən Müqəddəs Qədirov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.