Bəhram Sakit oğlu İbrahimov 5 may1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib.

QHT.az bildirir ki, hələ uşaq yaşlarından valideynlərinə hərbçi olacağını, torpaqlarımızı işğaldan azad edəcəyinə söz vermişdi. Yaxınları onun döyüşə yollanarkən sevinərək, hətta oynaya-oynaya getdiyini bildirirlər.

Bəhram Vətən müharibəsi dövründə 30 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılıb.Goranboy və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il oktybarın 7-də gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvarında tapılaraq ailəsinə təhvil verilib.

Şəhid Bəhram İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.