Britaniya Parlamentinin qarşısında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora qarşı aksiya keçirilib.

 

QHT. az bildirir ki, bu barədə APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurası tərəfindən təşkil olunan aksiyada diaspora üzvləri, Britaniya universitlərində təhsil alan azərbaycanlı tələbələr, türk diasporunun üzvləri və ingilislər iştirak ediblər.

 

Aksiya iştirakçıları “Ermənistanın Azərbaycandakı ekoloji terroruna son qoyun!”, “Ermənistanın Qafqazda ətraf mühiti məhv etməsinə son qoyun”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyun” kimi yaz;lar olan plakatlar tutublar.

Aksiya iştirakçıları həmçinin Ermənistanın yerləşdirdiyi minaların mülki şəxslərə qarşı yönəldiyinə də diqqət çəkiblər.