Ukrayna müharibəsində Kiyevə dəstək üçün tanklar göndərməyi planlaşdıran Makron Qərbi Afrikadan gələn xəbərlə sarsılıb. Ölkədə şok effekti yaradan proseslərdən sonra Fransa liderindən açıqlama gəldi.

QHT.az xəbər verir ki, Ölkədə şok effekti yaradan xəbər Burkina Fasodan gəldi.

2018-ci ildə Parislə imzalanmış hərbi müqaviləyə xitam verildiyi və Fransa hərbçilərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt verildiyi bildirilib.

Burkina Fasonun milli yayım şirkəti RTB-nin dünyaya elan etdiyi xəbərdən sonra ilk açıqlama Fransadan gəldi.

Fransa prezidenti Makron məsələyə aydınlıq gətirilməli olduğunu vurğulayıb. Fransa lideri Burkina Fasonun yeni xunta liderinin izahatlarını gözlədiyini bildirib.

Açıqlanan vəziyyətlə bağlı "Məncə, çox diqqətli olmalıyıq" deyən Makrondan bir Rusiya xəbərdarlığı daha gəldi.