Rusiyanın İspaniyadakı səfirliyi “The New York Times” qəzetinin Rusiya hərbi kəşfiyyatının İspaniyaya partlayıcı qurğular olan bağlamaların göndərilməsi ilə əlaqəsinə istinad edən məqaləsini şərh edib. Bu barədə diplomatik nümayəndəliyin press-relizində deyilir.

QHT.az xəbər verir ki, Səfirlik qeyd edib ki, bu “fantastik” məqalənin əsas nəticəsi Rusiya hərbi kəşfiyyatının guya günahkar olmasıdır.

"İspan mətbuatının bu parlaq təhqiqatı yaymaq üçün sərf etdiyi enerji heyrətamizdir, baxmayaraq ki, orada bir dənə də olsun dəlil yoxdur", - mətbuat xidməti qeyd edib.

Səfirlik bu işlə bağlı El Pais məqaləsini xatırladıb, material müəllifləri baş verənlərə görə Kremlin məsuliyyəti barədə heç bir aydınlıq olmadığını yazır.

Bundan əvvəl “The New York Times” ABŞ və Aİ rəsmilərinə istinadən yazıb ki, Rusiya hərbi kəşfiyyatı 2022-ci ildə ifrat sağçı qruplara İspaniyada bomba hücumu kampaniyası keçirməyi tapşırıb.

Ölkə polisi güman edir ki, göndərilən altı partlayıcı bağlama Valyadolid şəhərindən göndərilə bilərdi.