Britaniya ordusunda obez əsgərlər böhranı yaşanır. Bildirilir ki, 2010-cu ildən bəri ən azı 5200 əsgər artıq çəkiyə görə ordudan qovulub.

QHT.az xəbər verir ki, məlum olub ki, Böyük Britaniyada hər dörd əsgərdən biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Son 5 ildə 145 min şəxsi heyəti olan ordunun 40 min üzvü artıq çəkidən əziyyət çəkən və ya kökəlmiş kimi təsnif edilib. Həmçinin 2010-cu ildən bəri 5200 kök əsgərin ordudan tərxis edildiyi bildirilir. Ordudan qovulan əsgərlərdən birinin çəkisi düz 190 kiloqram idi. 800-dən çox əsgər də 110 kiloqramdan artıq çəkiyə görə işdən çıxarılıb.