Qasım Süleymani və Əlikram Hümbətovun İranı... 
...və ya Cənubi Qafqazın “Bermud üçbucağı”ndan zəfərlə  qurtulan Azərbaycan

Rusiyadakı ibadət yerlərindən birində ABŞ-ın İraqda keçirdiyi əməliyyatlarda öldürülən SEHAP generalı Qasım Süleymani anıldı. 
İrəvan Dövlət Unversitetinin Şərqşünaslıq Kafedrasının müdiri Vardan Voskanyan Ermənistanda Süleymaniyə anım mərasimlərinin keçirilməsini vacib saydı.
 İranda isə Azərbaycanda separatizm meyillərini inkişaf etdirməyə çalışan, bu yaxınlarda Hollandiyada dünyasını dəyişən Əlikram Hümbətova anım mərasimi keçirdi. 
Cənubi Qafqazda Azərbaycana qarşı qurulan bu siyasi tələdə rəsmi Bakıya qarşı separatizm, millətçi ittihamları da səslənirdi. Əslində bu öz adını  başqasına qoymaq iddiasıdır. Azərbaycana qarşı yaradılan simvolik və təhlükəli  “Bermut üçbucağının” sahibləri əslində ölkəyə mənəvi-siyasi zərər vurmaq niyyətində idilər. 
Beş qonsundan üçündə Rusiyada, İranda və Ermənistanda baş verən bu hadisələr əslində beynəlxalq aləmin Azərbaycanı təhlilinə zəmin yaratdı. İndi dünya anlayır və qəbul edir ki, Azərbaycan suveren, çoxmillətli, tolerant dövlətdir.
Tarix boyu dövlət rəhbərlərinin buraxdığı viddi səhvləri aradan qaldırır, tarixi dövlət ərazilərini işğaldan azad edir. Milli dəyərlərini qorumaq şərti ilə nəhəng gələcəyini qarantiya alır. Bunun üçün regional və beynəlxalq uğurların siyasi möhkəmləndirməklə məşğuldur. 
Bəs qarşı tərəf nə ilə məşğuldur? Həyatda olmayan Qasım Süleymani, Əlkram Hümbətov indi onların nəyinə gərəkdir? 
 “Eurasia Diary”, Ermənistan KİV-nə istinadən xəbər verir ki, general Qasım Süleymaninin ölümünü dəyərləndirən erməni şərqşünas Vardan Voskanyan Qarabağ münaqişəsində general Süleymaninin ermənipərəst olduğunu söyləyib.  Süleymani öldürüldüyü günə qədər İranın bölgədəki təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində önəmli hərbi komandanlardan idi.  
2015-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri John Brennan Qasım Süleymaninin İraqda İŞİD-la mübarizəni çətinləşdirdiyini açıq bəyan etmişdi. 
Qasım Süleymani Cənubi Azərbaycandakı türkləri gəlmə adlandıran, Bağdadda rəhbərlik etdiyi əməliyyatlarda, tükr məhəllələrində sıravi insanların qətillərə yol verən hərbi komandan, ideoloq idi. Onun yayılan müxtəlif çıxışlarında İrandakı hakim fars rejiminin millətçi və separatçı mahiyyətini görmək olur: 
- İranın son 700 ildə qeyri-iranlı hakimləri  olub. Müxtəlif dövrlərdə, müxtəlif yerlərdən gəldilər, bu ölkəyə hakimlik etdilər. Odur ki, mən yalnız islamın yox, həm də İranın nicatı üçün döyüşürəm. 
 “Qasım Süleymani və Qarabağ” başlığı ilə tirajlanan məmulatlardan birində iranlı təhlilçi deyir: 
-Naxçıvanla Azərbaycan arasında Ermənistana məxsus bir kiçik dəhliz var. Bu dəhlizin Azərbaycana birləşməsi, türk dəhlizi yaranmasına icazə verilməsi deməkdir. Ona görə bu birləşməyə yol vermək İran üçün məqsədəuyğun deyil. O vaxt həmin prosesin qarşısını Qasım Süleymani aldı. 
İranda Əlikram Hümbətovun anım günü tədbirinə gəlincə. Sirr deyil ki, general Süleymani kimi Əlikram Hümbətov da, bəlli mərkəzdən İrandan və onu müttəfiqləri tərəfindən idarə olunurdu. O, zamanında Azərbaycanda törətmək istədiyi pozuculuqlara görə az qala daş-qalaq edilmişdi. İndi yəqin ki, ona anım mərasimi keçirən İran, mənəvi borcunu ödəməyə çalışır. Ancaq general Süleymani və Hümbətovun fəaliyyətlərində xırda bir araşdırma aparmaq yetərlidir ki,  aydın olsun, əslində İranla müttəfiqləri üçün millətçilik və separatizm dövlət siyasətinin tərkib hissəsidir. Suveren, müasir, tolerant və çoxmillətli Azərbaycana qarşı bu yöndə hər hansı ittiham effektsizdir.

Jalə Mütəllimova