ABŞ prezidenti Bayden ofisindən çıxan məxfi sənədlərlə problem yaşayır. Qalmaqalın ikinci aktı ölkə gündəminə bomba kimi düşərkən ilk dəfə olaraq sənədlərin bağlı olduğu ölkələr açıqlanıb.
QHT.az xəbər verir ki, hazırda ABŞ-da gündəm prezident Co Baydendir.
İkinci akt ABŞ-da zəlzələ effekti yaradan qalmaqalda baş verdi.
Tənqid hədəfi olan Baydenin vitse-prezidentliyinə aid yeni bir sıra məxfi sənədlərin tapıldığı açıqlanıb.
Ölkə mətbuatında çıxan xəbərlərə görə, Baydenin şəxsi sənədləri arasında daha 10 məxfi sənəd tapılıb.
Sözügedən məxfi sənədlərin hansı ölkələrə aid olduğu gizli saxlanılırdı. Eyni xəbərə görə, məxfi sənədlərin İran, İngiltərə və Ukraynaya aid olduğu da məlumatlar arasındadır.
Ağ Ev bu yaxınlarda bildirib ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin keçmiş institutunun Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri nəzərdən keçirir.












