Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.

QHT.az xəbər verir ki, Yu təcili cərrahiyyə əməliyyatına aparılıb. Əməliyyatın aparıldığı Chi Mei Xəstəxanasından verilən açıqlamada Yu-nun su içməyi sevmədiyi və yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib. Xiao Yu-nun yemək vərdişlərinin pis olduğunu vurğulayan Xəstəxananın həkimləri əhaliyə daha sağlam qidalar istehlak etmələri və bol su içmələri barədə xəbərdarlıq ediblər.

Digər tərəfdən, Uroloq Lin Tsai-yang, Tayvanda kişilərin yüzdə 14,9 və qadınların yüzdə 4,3-də böyrək daşı əmələ gəlməsi ehtimalının olduğunu qeyd etdi .

 

Pərvanə Fərhadqızı