Masallıda şəhid ailəsi üçün fərdi yaşayış evi tikilib
Masallı rayonunda daha bir şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verilib.
Bala Təklə kəndində, Qarabağ müharibəsi şəhidi Yavər Balaxan oğlu Ağayevin ailəsi üçün tikilən birmərtəbəli fərdi yaşayış evinin açılışında iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Şəhidin anası Xədicə Süleymanova, bacısı Rahidə Ağayeva onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Akif AĞAYEV












