Bursada bəy namizədi gəlinini götürməyə gəldiyi evdə qız tərəfinin yaxınları tərəfindən yanğınsöndürən və boya ilə qarşılanıb.
QHT.az xəbər verir ki, bəy ailəsi ilə birlikdə gəlini Bursanın Osmanqazi rayonundakı Dəmirtaş səmtindəki evindən götürməyə gedib. Qız tərəfinin yaxınları əvvəlcə bəyə doğru yanğınsöndürən köpük səpiblər. Daha sonra bəy qapıya gələndə hazırlanmış boyalar onun başına tökülüb.
Gəlinin ailəsi kürəkənin üzərinə yanğınsöndürən səpəndə onu bir müddət ətrafda heç kim görməyib. Yerli sakinlər bəyin üstünə pəncərələrdən müxtəlif əşyalar atıblar.
Pərvanə Fərhadqızı












