"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu “Aztəminatlı gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə təşəbbüsləri” layihəsinin icrasını başa vurub.

Fondun sədri Gülbəniz Bayramova QHT.az- a bildirib ki, Fondun təşkilatçılığı ilə “Aztəminatlı gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə təşəbbüsləri” layihəsinin icrasını uğurla başa vuran tələbələrə Sertifikatlar təqdim edilib: “Sertifikatların təqdim edilməsi tədbirində  tanınmış iş adamı Yılmaz Okuklu və memar Selim Yuhay iştirak ediblər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan ali təhsil müəssisəni bitirmiş lakin işə düzəlməkdə çətinlik çəkən gənclərimizi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı imtahanına Dövlət İmtahan Mərkəzinin tələb etdiyi proqrama uyğun mükəmməl hazırlamaqdır”.

 

Pərvanə Fərhadqızı