“Uşaqlarınızı yalan danışarkən yaxalasanız, onları çox danlamayın. Onlara izah edin ki, evdə müəyyən şeylər söyləmək olmaz və ya danışmazdan əvvəl düşünməlidirlər. Nümunə olun. Uşaqlar valideynlərinin yalan danışdığını anlaya bilir və bu, çaşqınlıq yaradır. Uşaqların onlara deyildiyi kimi deyil, gördükləri kimi davranması hamıya məlumdur, ona görə də modelləşdirmə texnikasından istifadə edərək onlara cəsarət, səmimiyyət və incəliklə fikirlərini ifadə etməyi öyrədin”.
Bu sözləri psixoloq Könül Babaşzadə QHT.az-a bildirib. O, qeyd edib ki, istənilən davranışları və ya ifadələri nümayiş etdirdikdə müsbət möhkəmləndirmədən istifadə edin: “Onlara davranışlarının uyğun olduğunu tərif və ya sosial gücləndirmə yolu ilə bildirin. Beləliklə, onların gələcəkdə müsbət davranışlarını davam etdirmə ehtimalı daha yüksək olacaq. Onları cəzalandırmaqdansa, hərəkətlərinin təbii nəticələrini göstərin. Övladlarınıza davranışlarının və mənasız sözlərinin onları çox sevən insanlara zərər verə biləcəyini izah etmək daha faydalıdır. Televiziya imtiyazlarını əlindən alaraq onları cəzalandırmaq əvəzinə bunu edin”.
Pərvanə Fərhadqızı












