ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail əsgərləri Fələstin anklavındakı tibb müəssisələrinə hücumlarını davam etdirərkən Qəzzada xəstəxanalar “qorunmalıdır” və HƏMAS-ın onlardan ört-basdır kimi istifadə etdiyini iddia edib.

QHT.az xəbər verir ki, ABŞ prezidenti bu açıqlama ilə bir neçə gündür İsrail əsgərləri tərəfindən mühasirədə olan Qəzza şəhərinin əsas tibb mərkəzi olan Əl-Şifa xəstəxanasında böhranın daha da ağırlaşması ilə bağlı xəbərlərə cavab verib.

Əl-Şifa xəstəxanasında yanacaq, qida və su çatışmazlığı səbəbindən əməliyyatlar dayandırılıb.

 

Pərvanə Fərhadqızı