COP29 tədbiri çərçivəsində Bakıya gələn qonaqların şəhərdə rahat hərəkəti üçün xüsusi nəqliyyat imkanları yaradılır.

QHT.az xəbər verir ki, qonaqlar müyəssər nəqliyyat vasitələri, ödənişsiz xüsusi marşrutlu hava limanı və şəhər avtobusları ilə istədikləri ünvana asanlıqla çatmaq imkanı əldə edəcəklər. Tədbirin təşkilatçıları Bakını ziyarət edən iştirakçılar üçün maneəsiz və pozitiv bir səfər təcrübəsi təmin etmək məqsədilə hərtərəfli nəqliyyat dəstəyi göstərir.

COP29 müddətində qonaqların rahatlığını prioritet edən bu yanaşma, tədbirin yüksək səviyyədə təşkilinə dəstək olacaqdır.