İspaniyada ən azı 72 nəfər daşqınların qurbanı olub.

QHT.az xəbər verir ki, səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini istisna etmir. Ölkənin şərq və cənub rayonlarına güclü yağış yağıb. Sosial şəbəkələrdə su axınlarının körpüləri və avtomobilləri necə yuduğunu əks etdirən kadrlar yayımlanır.

Magistral yollar su altında qalıb. Valensiya ilə Madrid arasında dəmir yolu əlaqəsi kəsilib. Üç yüzə yaxın sərnişini daşıyan sürət qatarı Malaqa yaxınlığında relsdən çıxıb. Səlahiyyətlilər heç kimin xəsarət almadığını bildirib. Fəlakət bölgələrinə mindən çox hərbçi göndərilib. Təcili yardım xidmətlərinə yardım göstərirlər. Xilasedicilər insanları evakuasiya etmək üçün qayıq və helikopterlərdən istifadə ediblər. Çətin əlçatan yerlərdə qurbanlar dronlarla axtarılır.

Meteoroloqların məlumatına görə, yağışlar oktyabrın 31-dək davam edəcək. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən ekstremal hava hadisələri daha çox yayılır.

 

Pərvanə Fərhadqızı