Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, son dövrlərdə dünya miqyasında baş verən hadisələrin sülh və barışıq təşəbbüslərinə ciddi təhdidlər yaratdığını bildirib. O, qeyd edib ki, münaqişə zonalarında sülhə nail olmaq üçün aparılan danışıqlara dərhal hücumlar edilir.

QHT.az xəbər verir ki, Z.İbrahimli, konkret nümunələrlə bu durumu izah edərək, “İsrail ərəb ölkələri ilə razılığa gəlmək üçün danışıqlar aparırdı, lakin HƏMAS hücum etdi. Ankarada Rusiya-Ukrayna barışığı üçün danışıqlar gedirdi, amma cəbhədə vəziyyət kəsiknləşdi. İranın Qərblə danışıqlara hazırlaşdığı vaxt Haniyə öldürüldü. Azərbaycan-Ermənistan normallaşma prosesində Fransa müdaxilə etdi. Türkiyə isə kürd problemi ilə bağlı yeni siyasət yürütmək istəyirdi, lakin PKK Ankarada terror törətdi," – deyə vurğulayıb.

Zaur İbrahimli, bu çətin dövrün sülhün bərqərar olmasına mane olduğunu və qan gözləri tutduğunu, nəticədə qlobal müharibə ilə sona çata biləcəyini ifadə edib. O, beynəlxalq ictimaiyyətin sülhü bərqərar etmək üçün daha ciddi və birgə səylərə ehtiyacı olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı