Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aqşin Novruzov 2020-ciilin yayından müddətli həqiqi hərbi xidmətə başlayıb, sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb və 13 oktyabr tarixində Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki- Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb. Aqşin Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı