Azərbaycanda "İqtisadiyyat Müsabiqəsi" təşkil edildi. 321 məktəbdən 1637 orta məktəb şagirdi azərbaycan, rus və ingilis dillərində iştirak etdi.
QHT.az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycanda iqtisadi savadlılığı artırmaq və orta məktəb şagirdləri üçün iqtisadi bilikləri əlçatan etməkdir. Regional turda müvəffəqiyyət göstərən 32 nəfər şagirddən 26-sı top10 və beynəlxalq tur üçün mübarizə apardı. Azərbaycan və rus dillərində imtahan verən şagirdlər arasında müxtəlif hədiyyələr təqdim olundu. Top 5 şagird beynəlxalq turda Azərbaycanı təmsil edəcək. CESD-in təsisçisi Vüqar Bayramov və digər tədbir iştirakçıları şagirdlərə uğurlar arzuladılar.












