Azərbaycan Respublikası Mediasiya Şurasının üzvləri Qazaxıstanın Almatı şəhərində keçirilən mediatorlar üçün Beynəlxalq Yay Məktəbində iştirak edirlər. Bu beynəlxalq tədbir mediatorların peşəkar inkişafını dəstəkləmək, təcrübə mübadiləsi aparmaq və global səviyyədə mediatorlar şəbəkəsini genişləndirmək məqsədini güdür.
QHT.az xəbər verir ki, Beynəlxalq Yay Məktəbi çərçivəsində iştirakçılar müasir mediasiya metodları, beynəlxalq təcrübələr və mediatorların qarşılaşdıqları çətinliklər haqqında geniş məlumat əldə edəcəklər. Tədbir mediatorların bilik və bacarıqlarını artırmaq, müxtəlif ölkələrdən gələn mütəxəssislərlə əlaqə qurmaq və mediativ yanaşmalar üzrə dərinləşdirilmiş müzakirələr aparmaq imkanı təqdim edir.
Azərbaycan Respublikasının Mediasiya Şurasının üzvləri bu tədbirdə ölkəmizi layiqincə təmsil edərək, beynəlxalq səviyyədə müsbət təəssürat yaratmağı və yerli mediasiya təcrübələrini daha da inkişaf etdirməyi məqsəd qoyurlar.
Onlara uğurlar arzu edir və ölkə mediatorlarımızı belə mötəbər tədbirdə təmsil etdikləri üçün təşəkkür edirik.
Pərvanə Fərhadqızı
QHT.az










