Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Himayədar ailə institutunun hədəfləri” mövzusunda ictimai dinləmə keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə rayonun rəsmi nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək ailə siyasətinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması mövzularında fikir mübadiləsi aparıblar.

Görüşdə iştirakçılara “Himayədar ailə” qayğı modelinin mahiyyəti, inkişaf hədəfləri və üstünlükləri barədə ətraflı məlumat verilib. “Himayədar ailə” modelinin məqsədi uşaqların müəssisələrə düşməsinin qarşısını almaq, bu kimi halların yolverilməzliyi barədə məlumatlandırma olub.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.