Bu gün II Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində Qlobal Cənub QHT Platformasının təşkilatçılığı, Azərbaycan Şəhərsalma Kampaniyası və Azərbaycanın QHT Agentliyinin tərəfdaşlığı ilə “AUF2-dən WUF13-ə və ondan sonrakı dövrə: Afrikada Davamlı Şəhər İnkişafı üzrə QHT Forumu” yan tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Qlobal Cənub QHT Platformasınında hazırda 116 ölkədən 600-dən xarici QHT-nin birləşdiyini qeyd edərək, onların sıralarının qısa müddətdə xeyli genişləndiyini və Azərbaycanla bağlı təşəbbüslərinin artdığını dilə gətirib. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) Azərbaycan dövlətinin Qlobal Cənuba yönəlik siyasətini, eləcə də QHT-lərə göstərdiyi dəstəyi təqdir etdiyini məmnunluqla xatırladıb və bildirib ki, QHT Agentliyi Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının keçirilməsində də tərəfdaş olmaqdan şərəf duyur.
Aygün Əliyeva Afrika QHT-lərini WUF13-də fəal iştirak etməyə dəvət edib: “WUF tarixində ilk dəfə olaraq, 2026-cı il mayın 19-da Bakıda WUF13 pavilyonunda QHT Agentliyinin təşkilatçılığı ilə “WUF13 QHT Forumu” təşkil olunacaq. Bu, yerli və xarici QHT-lərin fəal əməkdaşlıq, şəbəkələşmə qurması üçün böyük fürsətdir”.






