“İçərişəhər” DTMQ İdarəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri ilə işgüzar görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə şəffaflığın artırılması, korrupsiya’ya qarşı preventiv tədbirlərin gücləndirilməsi, etik normaların təşviqi və maarifləndirmə işlərinin genişləndirilməsi müzakirə olunub. Həmçinin birgə layihələr, monitorinq mexanizmləri və gələcək əməkdaşlıq perspektivləri müəyyən edilib.