17 avqust 2024-cü il tarixində 60 Saylı Quba-Qusar Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Hüseynov Qusar rayonunun Xuray kəndində seçicilərlə görüş keçirdi. Görüş zamanı Ayaz Hüseynov kəndin ağsaqqalları ilə səmimi söhbət etdi, özü haqqında məlumat verdi və kəndin mövcud problemləri ilə yaxından tanış oldu.

Ayaz Hüseynovun kəndə baxışı zamanı kənddə dövlət tərəfindən yeni tikilən müasir tələblərə uyğun məktəbin, səliqə-səhmanla qorunan kitabxananın və mövcud tibb məntəqəsinin fəaliyyət göstərdiyi qeyd olundu. Lakin kəndlilər, xüsusilə də dağ kəndlərinin əhalisi, bir sıra problemləri və təklifləri də irəli sürdülər.

Əsas təkliflər arasında dağ kəndlərində qazın limitinin güzəştli olmasına yenidən baxılması, yol kənarındakı işıq dirəklərinin yenilənməsi və kənd yollarının təmirinin vacibliyi vurğulandı.

Qeyd edək ki, Ayaz Hüseynov həm də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədridir.

 

Fotolar