“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, işğaldan azad olunan ərazilərdə məskunlaşan ailələrə hüquqi yardımın əhəmiyyətini vurğulayıb. O, QHT.az-a verdiyi açıqlamada, ailələrə mütəmadi olaraq məşğulluq və özünüməşğulluq proqramlarında yeni əmək bazarının tələblərinə uyğun hüquqi maarifləndirmə həyata keçirilməsinin vacibliyini bildirib.
Zülfiyyə Nuriyeva, “Azad olunmuş ərazilərdə yaşayan ailələrə hüquqi yardım mütəmadi şəkildə təqdim olunmalıdır. Bu, onların iqtisadi imkanlardan səmərəli istifadə etmələrinə, eyni zamanda, yeni bazar tələblərinə uyğunlaşmalarına kömək edəcək”, – deyə qeyd edib.
QHT sədri, eyni zamanda, iqtisadi inkişafın təşviqi məqsədilə ailələr üçün xüsusi proqramların mövcudluğunu da xatırladıb. Z.Nuriyeva, bu sahədə həyata keçirilən işlərin əhəmiyyətini vurğulayaraq, ailələrin yeni iqtisadi imkanlardan tam faydalana bilməsi üçün lazımi dəstəyin təmin edilməsinin vacib olduğunu bildirib. Onun dediklərinə görə, sosial-iqtisadi inkişafın artırılması üçün atılan addımlar, cəmiyyətin bütün təbəqələrinə müsbət təsir göstərəcək.
Pərvanə Fərhadqızı
QHT.az










