RİA Novosti xəbər verir ki, Aİ İranın bu ölkədə etiraz aksiyalarının yatırılmasında iştirak edən şəxslər və təşkilatlara qarşı şəxsi sanksiyalarını genişləndirib.
QHT.az xəbər verir ki, anksiya siyahısına İranın mədəniyyət və təhsil nazirləri, həmçinin İranın hüquq-mühafizə orqanları ilə əlaqəli iki təşkilat da daxil olmaqla 30-dan çox şəxs əlavə edilib.
Hakimiyyətin siyasətini dəstəkləməyən sənətçilərə qarşı təhdidlərlə məşğul olan İranın mədəniyyət naziri Məhəmməd İsmaili sanksiya siyahısına daxil edilib.
Siyahıda tələbələri təqib etməkdə ittiham olunan təhsil naziri Yusif Nuri də var.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Aİ hazırda İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır.
Onun sözlərinə görə, bu, artıq respublika daxilində qadınların hüquqlarının müdafiəsi ilə bağlı nümayişlərlə bağlı məhdudiyyətlərin dördüncü dalğasıdır.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, iranlıların nümayiş keçirmək və öz narazılıqlarını bildirmək hüququ var.
O, ölüm hökmünün əleyhinə olduğunu da vurğulayıb.












