Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Çinin Rusiyaya Ukrayna müharibəsi üçün silah və sursat verəcəyini iddia edən ABŞ-ın “müharibənin ən böyük silah mənbəyi” olduğunu bildirib.

QHT.az xəbər verir ki, sözçü Vanq xatırladıb ki, Pekində keçirdiyi növbəti mətbuat konfransında ABŞ prezidenti Co Bayden Kiyevə səfəri zamanı Ukraynaya əlavə 500 milyon dollarlıq hərbi yardım göstəriləcəyini açıqlayıb.

Vaşinqtonun “sülhün müdafiəçisi” deyil, “münaqişə yaradan” olduğuna dair həddən artıq çox dəlil olduğu fikrini dilə gətirən Vanq, “Ukraynadakı müharibədə ən böyük silah mənbəyi ABŞ-dır. Çinin silah verəcəyini yalandan iddia edəndə onların məqsədi nədir, görəsən. Müdafiə sənayesi şirkətlərinin bir tərəfdən dünyaya sülh gətirmək istədiklərini söyləyərkən ciblərini doldurmasına baxmaq onların vicdanlarına yaraşırmı? dedi.

"Hərtərəfli strateji koordinasiya ortaqlığı" olaraq təyin etdiyi Çin-Rusiya əlaqələrinin "müttəfiqlik qurmamaq", "qarşıdurmamaq" və üçüncü tərəfləri hədəf almamaq prinsipləri üzərində qurulduğunu vurğulayan Vanq, "Biz bunu qəbul etmirik. ABŞ Rusiya ilə münasibətlərimizə görə bizi günahlandırır və bizə təzyiq edir” - ifadəsini işlətdi.