ABŞ dövlət katibi Entoni Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya yardımı və Türkiyədə baş verən zəlzələdən sonra Amerikanın yardımını müzakirə edib.
QHT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“İki lider Rusiyanın təcavüzünə qarşı müdafiədə Ukraynaya dəstəyi və ikitərəfli məsələlərdə daha sıx əməkdaşlığın zəruriliyini müzakirə ediblər, o cümlədən müdafiə, enerji, ticarət və kollektiv təhlükəsizlik sahələrində”, - press-relizdə deyilir.
Qeyd edildiyi kimi, tərəflər Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Amerikanın köməyini də müzakirə ediblər.
Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu Ankarada ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib.












