“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova öz sosial media hesabında “Psixi sağlamlığın qorunması və psixoloji rifahın gücləndirilməsi” mövzusunda keçirilən tədbirə dəvət olunması və şəhid ailələrinə psixoloji dəstəyin əhəmiyyəti haqqında fikirlərini paylaşıb.
QHT.az həmin fikirləri təqdim edir:
Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba Rayon Heydər Əliyev Mərkəzi və Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Psixi sağlamlığın qorunması və psixoloji rifahın gücləndirilməsi” mövzusunda keçiriləcək tədbirə şəhid ailələri və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq dəvət olunmuşuq.
Psixi sağlamlığın qorunması, psixoloji rifahın gücləndirilməsi və cəmiyyətdə bu sahəyə diqqətin artırılması hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə, şəhid ailələrinin mənəvi sağlamlığının qorunması və onlara psixoloji dəstəyin göstərilməsi olduqca vacibdir.
Dəvətə və şəhid ailələrinə göstərdiyi diqqətə görə Bagirova Fidan xanima, Mansur müəllimə dərin təşəkkürümü bildirirəm. Şəhid ailələrinə göstərilən hər bir diqqət və qayğı bizim üçün çox dəyərlidir.
Belə həssas və vacib mövzuya diqqət ayıran, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm.
Sağlam cəmiyyət sağlam düşüncədən, mənəvi rifahdan və qarşılıqlı qayğıdan başlayır!












