Xəbərlər 04.07.2025 12:25 100

İlqar Hüseynli: "Moskva Azərbaycana qarşı terror siyasətini açıq müstəviyə çıxarıb"

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli son dövrlərdə Rusiya tərəfindən Azərbaycana qarşı aparılan terror siyasətinə dair açıqlama verib.

Onun sözlərinə görə, Moskva yalnız Azərbaycanı deyil, eyni zamanda bir çox ölkələri də rusizmin təsiri altına alaraq ciddi təzyiqlərə məruz qoyur. QHT sədri bildirib ki, Rusiya, Ukrayna ilə yaşadığı məğlubiyyətin qisasını almaq üçün digər dövlətlərə qarşı terror siyasəti həyata keçirir:

"Moskva Azərbaycana qarșı terror siyasətini açıq müstəviyə çıxarıb. Nəinki Azərbaycan, demək olar ki, dünyanın əksər ölkələri rusizmdən ciddi əziyyət çəkir. Rus Ukrayna ilə üzləșdiyi məğlubiyyətin qisasını alnaq üçün sanki digər dövlətlərə qarșı terror siyasəti liə güc nümayiș etdirir. Indiki həssas dönəmdə biz təmkinimizi pozmadan, ağıllı siyasətlə ölkəmizin suverenliyini və müstəqilliyini qorumağa çalıșmalıyıq. Azərbaycanın bütün ictimai-siyasi qüvvələri birlik nümayiș etdirməli,dövlətimizin və dövlətçiliyimizin yanında olmalıdır!"

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı