Paşinyanın konstitusiya dəyişiklikləri ilə bağlı manevrləri - Sahib Məmmədovun şərhi
"Ermənistan qanunvericiliyinə görə, beynəlxalq müqavilələr ratifikasiya olunmazdan əvvəl Konstitusiya Məhkəməsinin rəyinə ehtiyac var".
QHT.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, Paşinyan yalnız mənfi rəy olduqda konstitusiyanı dəyişmək niyyətindədir və bu, onun ikibaşlı siyasətidir.
Sahib Məmmədov qeyd edir ki, hətta konstitusiya dəyişsə belə, Ermənistan revanşist planlarından imtina etməyə bilər və yenidən dəyişiklik edə bilər:
"Ona görə də, istənilən sülh müqaviləsi çərçivə sənədi kimi ola bilər və konstitusiyaya dəyişiklik öhdəliyi qoyula bilər. Əslində isə biz kostitusiyaya dəyişiklik məsələsində israrlı olmada davam etməliyik".
Pərvanə Fərhadqızı