Xəbərlər 26.05.2025 10:17 240

Qubada “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş intellektual oyun keçiriib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin növbəti tədbiri Quba rayonunun Ağbil kəndində təşkil olunub.

QHT.az xəbər verir ki, Quba rayonu Ağbil kənd tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilən tədbirdə Quba rayonunun Ağbil, Susayqışlaq, Əlibəyqışlaq, Aşağı Atuc, Aşağı Xuc, Dəlləkli, Vladimirovka, Güləzi kəndlərindən olan 40 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Aşağı Xuc kəndini təmsil edən “Mübarizlər” komandası qazanıb. Əlibəyqışlaq kəndini təmsil edən “Zəfər” və Susayqışlaq kəndini təmsil edən “Turan” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.

Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində bu günə qədər Quba rayonunun 5 müxtəlif kənd zonasında yarışlar keçirilib. Layihənin növbəti mərhələsində Quba rayonunun Aşağı Tüləkəran kəndində daha bir seçim turu təşkil olunacaqdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı