Xəbərlər 30.04.2025 16:55 244

Zərdab şəhərində 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

Zərdab şəhərində mediasiya sahəsində mühüm yenilik baş verib – Zərdab 1 saylı mediasiya təşkilatı rəsmi olaraq fəaliyyətə başlayır.

QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin qərarına əsasən, bu təşkilat “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə tam uyğun olduğu müəyyən edildikdən sonra Şuranın üzvlüyünə qəbul olunub və mediasiya təşkilatları reyestrinə daxil edilib. Yeni təşkilatın fəaliyyəti 2025-ci il mayın 1-dən etibarən rəsmi olaraq başlayacaq. Zərdab 1 saylı mediasiya təşkilatı yalnız Zərdab şəhəri və rayonu ilə məhdudlaşmır – Ağdaş, Kürdəmir, Zərdab və Ucar rayonlarından olan vətəndaşlar da bu təşkilata müraciət edə biləcəklər.

Bu təşəbbüs regionda vətəndaşların hüquqi mübahisələrinin məhkəməyə getmədən, qarşılıqlı razılıq yolu ilə həll olunmasına töhfə verməklə, həm də hüquqi maarifləndirmənin və hüquq mədəniyyətinin inkişafına xidmət edəcək.

  • Ünvan: Zərdab şəhəri, Mehdi Hüseyn küçəsi, ev 9

  • Email: [email protected]

  • Telefon: +994 (50) 760 17 18


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı