Xəbərlər 16.04.2025 10:46 185

“Gənclər ekoloji problemlərin həllinə maraqlıdır, lakin resurs çatışmazlığı hiss olunur” - QHT sədri

“Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev QHT.az-a açıqlamasında bildirib ki, həyata keçirdikləri son layihə çərçivəsində gənclər arasında aparılmış rəy sorğularının nəticələri ekoloji şüurun artdığını göstərir.

Onun sözlərinə görə, sorğuların nəticələri göstərir ki, gənclər ətraf mühitin və ekoloji tarazlığın qorunmasına xüsusi həssaslıqla yanaşır:

“Onlar anlayırlar ki, sağlam həyat yalnız təmiz ətraf mühitdə və ekoloji təmiz qida məhsulları ilə mümkündür. Lakin bütün bunları təmin etmək üçün gənclərin nə maddi resursları, nə də texniki imkanları var.”

Əli Mirzəyev qeyd edib ki, bu istiqamətdə gənclər təşkilatlarının üzərinə mühüm vəzifələr düşür:

“Gənclər təşkilatları bu sahədə yaranmış problemlərin həllinə gəncləri cəlb etməklə mövcud resursları daha düzgün istiqamətləndirməlidirlər. Mən əminəm ki, gənclər bu işdə öz güc və enerjilərini əsirgəməyəcəklər.”

Qeyd edək ki, “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi ekoloji təbliğat, gənclərin fəallığının artırılması və sağlam həyat tərzinin təşviqi sahəsində müxtəlif layihələr həyata keçirir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı