Çin Trampın tariflərinə yenidən cavab verdi
Rəsmi Pekin ABŞ-ın idxala tətbiq etdiyi yeni tarifləri sərt şəkildə tənqid edərək, onları iqtisadi şantaj adlandırıb və öz maraqlarını müdafiə etməyə hazır olduğunu bəyan edib.
QHT.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, ABŞ-ın tarif artımları ÜTT-nin qaydalarını pozur və dünya iqtisadi nizamına zərər verir. O, Çin hökumətinin bu hərəkətləri qəti şəkildə pislədiyini və iqtisadi hədə-qorxunun ABŞ-a və digər ölkələrə zərər verəcəyini vurğulayıb.
R.İmanov